"Neftçi"də yeni məşqçi - RƏSMİ

"Neftçi"də yeni məşqçi -  RƏSMİ

"Neftçi"də baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında məşqçilər korpusuna daha bir təyinat olub.

mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib.

Onunla 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Sənan Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb.

2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-2022 illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.

Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.