Azərbaycan milli komandası qapısından 6 top buraxdı - AÇ-2023
17 yaşlılardan ibarət qadın futbol yığmamız AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.
mediasport.az xəbər verir ki, bunadək qrupda 1 görüşdə qalib gəlib, digərində məğlub olan millimiz Monteneqro futbolçularından 6 top buraxıb.
Bosniya və Herseqovinada təşkil edilən mərhələnin son matçında Azərbaycan futbolçuları yalnız təsəlli qolunu vura biliblər.
U-17 Qazaxıstana 2:0 hesabıyla qalib gəlib, Bosniya və Herseqovinaya eyni hesabla uduzub.
AÇ-2023. Seçmə mərhələ. B Liqası, 2-ci qrup
Monteneqro – Azərbaycan 6:1
Qollar: Maşa Tomaşeviç, 10, 61, Yana Merdoviç, 40,Tatyana Osmayiç, 54, Tamara Miloviç, 72, 76 - Ayşən Salamzadə, 34.
Qaçırılmış penalti: Ayşən Salamzadə, 33.
Baş hakim: Elena Qobyila (Moldova).
Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).
“Etno Selo Stanişiçi” stadionu (Biyelina).
Xal durumu: Bosniya və Herseqovina – 9. Monteneqro – 6. Azərbaycan – 3. Qazaxıstan – 0.