FİFA işğaldan azad edilmiş Qarabağa maliyyə ayıracaq

FİFA işğaldan azad edilmiş Qarabağa maliyyə ayıracaq

FİFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturunun qurulması üçün maliyyə vəsaiti ayıracaq.

Mediasport.az xəbər verir ki, bunu "Anadolu" agnetliyinə müsahibəsində qurumun Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov deyib.

AFFA-nın sabiq baş katibi maddi dəstəyin “FIFA Forward” proqramı çərçivəsində həyata keçiriləcəyini qeyd edib:

“Müharibələrdə infrastruktura ciddi ziyan dəyir. Savaşlar bitdikdən sonra zərər çəkən ölkələrə dəstək göstərəcəyik. Bir gün dünyaya sülh gələcək. Futbol insanları birləşdirəcək, dünya daha qlobal olacaq".