Final görüşü Şamaxı şəhər stadionunda keçiriləcək - RƏSMİ

Final görüşü Şamaxı şəhər stadionunda keçiriləcək - RƏSMİ

AFFA Region Liqasında final oyununun yeri və başlanma saatı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarışın həlledici görüşü mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, AFFA Region Liqasının 2023/2024 mövsümündə 1/4 final mərhələsinin ilk oyunları artıq baş tutub.

Cavab matçları aprelin 27-də və 28-də keçiriləcək.