"Futbol belədir, bu cür hallar gələcəkdə də ola bilər" - MATİAS

"Futbol belədir, bu cür hallar gələcəkdə də ola bilər" - MATİAS

"Rapid"in təklifini rədd edərək "Neftçi"ni seçdiyim üçün peşman deyiləm. Futbol belədir, bu cür hallar gələcəkdə də ola bilər".

Mediasport.az xəbər verir ki, bu sözləri "Digi Sport" nəşrinə açıqlamasında “Neftçi”nin futbolçusu Yuri Matias deyib.

28 yaşlı futbolçu "ağ-qaralar"a keçməmişdən öncə Rumıniya təmsilçi "Rapid"dən də təklif aldığını dilə gətirib.

Xatırladaq ki, Matiasın Bakı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.