"Linkoln" qələbəsi klublarımızın qitə turnirlərində 125-ci qalibiyyəti oldu
Hər oyun özü ilə maraqlı statistika da gətirir.
MediaSport.az "İdman" televiziyasının redaktoru Rövşən Binnətliyə istinadən xəbər verir ki, “Qarabağ”ın Cəbəllütariqdə “Linkoln” ilə UEFA Çempionlar Liqası görüşü bu mənada istisna olmayıb.
“Linkoln” – “Qarabağ” oyunu ilə Azərbaycan klubları üçün 28-ci avrokubok mövsümü başlandı;
Bu görüşlə Ağdam təmsilçisi 20-ci avrokubok mövsümünə start verdi;
“Linkoln” üzərində qələbə futbol klublarımızın qitə turnirlərində ümumilikdə 125-ci qalibiyyəti oldu;
Cəbəllütariqdəki oyunun 90+4-cü dəqiqəsində Yassin Benzianın vurduğu qol futbolçularımızın UEFA Çempionlar Liqasında ümumilikdə 100-cü qolu kimi tarixə düşdü;
“Qarabağ”ın əlcəzairli legioneri Yassin Benzia həmçinin Ağdam klubunun ÇL-də 60-cı qolunun müəllifi oldu;
“Linkoln”u məğlub etməklə “Qarabağ” UEFA Çempionlar Liqasında 20-ci qələbəsini qazandı;
Cəbəllütariq klublarımızın qitə turnirlərində üz-üzə gəldiyi 50-ci ölkə oldu (“Qarabağ” avrokuboklarda 39 ölkənin təmsilçisi ilə qarşılaşıb).