"Salifu Suma - soyti s uma": İlkin Fikrətoğludan "Zirə" üçün VİDEO

"Salifu Suma - soyti s uma":  İlkin Fikrətoğludan "Zirə" üçün VİDEO

Azərbaycan klublarından bu mövsüm avrokubokda mübarizəyə ilk başlayan "Zirə" oldu.

Avropa Liqasında Moldova "Şerif"i ilə qarşılaşan Rəşad Sadıqovun komandası iki oyunun nəticəsinə görə mübarizəni dayandırdı.

Halbuki səfərdə qazanılan 1:0 hesablı qələbədən sonra əksəriyyət "Zirə"nin mərhələni keçəcəyini düşünürdü.

Amma cavab matçında Salifu Sumanın yersiz qırmızı vərəqə alması hər şeyi Moldova klubunun xeyrinə həll etdi...

Mediasport.az saytı "Sportinfo TV"nin redaktoru İlkin Fikrətoğlunun görüşlə bağlı süjetini təqdim edir: