"Gəncə"nin üzvləri milliyə çağırıldı
"Gəncə"nin 2 basketbolçusu Azərbaycan milli komandasına çağırılıb.
Mediasport.az xəbər verir ki, kapitan Elşad Şirzadov və Cəbrayıl Əkbərov yığmasından dəvət alıb.
Millimiz noyabrın 21-də 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda İrlandiya ilə üz-üzə gələcəklər.