"Gəncə"nin baş məşqçisi: "Fərq daha böyük ola bilərdi, amma..."
"Gəncə"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 8-ci turunun "Şəki" ilə oyunundan sonra (78:66) açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, Şəki təmsilçisinin yarışda qələbə qazanmadığını diqqətə çatdırıb.
Daha sonra o, pley-offa vəsiqə qazanmaq istədiklərini dilə gətirib:
"Qalib gəlmək üçün onlar da mübarizə apardılar. Əsasən, 3-cü və 4-cü periodda üstün oynayıb hesab arasında fərq yaratdıq. Müdafiədə rəqibi saxlamağı bacardıq. Fərq daha böyük ola bilərdi, amma sonlara doğru gənclərə şans verdik ki, onlar da oynaya bilsinlər.
Ardıcıl iki oyun qalib gəldik, qaldı ilin sonuncu matçı. Hədəfimiz pley-offa düşməkdir. Ona görə bizi qarşıda çətin oyunlar gözləyir. Bu gün tribunada bizə dəstək verən azarkeslərə də minnətdarıq. Qələbədə pay sahibi oldular".