"Globe Soccer Awards-2023": İlin ən yaxşı futbolçusu kim seçiləcək?
Bu axşam Dubayda "Globe Soccer Awards-2023"ün mükafatlandırma mərasimi keçiriləcək.
Mediasport.az xəbər verir ki, tədbir Dubayda baş tutacaq və müxtəlif nominasiyalar üzrə qaliblərin adlarına aydınlıq gələcək.
"Globe Soccer Awards"ın mükafatlandırma mərasimini Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir.
Xatırladaq ki, "İlin ən yaxşı futbolçusu" kateqoriyasında 30 oyunçu mükafata namizəddir.
Onlar Xulian Alvares ("Mançester Siti"/Argentina), Nikolo Barella ("İnter"/İtaliya), Cud Bellingem ("Real"/İngiltərə), Kərim Benzema ("Əl-İttihad"/Fransa), Bernardo Silva ("Mançester Siti"/Portuqaliya), Yassin Bono ("Əl-Hilal"/Mərakeş), Kevin De Bruyne ("Mançester Siti"/Belçika), Ruben Diaş ("Mançester Siti"/Portuqaliya), Ederson ("Mançester Siti"/Braziliya), Filip Foden ("Mançester Siti"/İngiltərə), Cek Qriliş ("Mançester Siti"/İngiltərə), Antuan Qrizmann ("Atletiko"/Fransa), İlkay Gündoğan ("Barselona"/Almaniya), Erlinq Haland ("Mançester Siti"/Norveç), Harri Keyn ("Bayern"/İngiltərə), Xviça Kvaratsxeliya ("Napoli"/Gürcüstan), Robert Levandovski ("Barselona"/Polşa), Lautaro Martines ("İnter"/Argentina), Kilian Mbappe (PSJ/Fransa), Lionel Messi ("İnter Mayami"/Argentina), Kim Min-Jae ("Bayern"/Cənubi Koreya), Luka Modriç ("Real"/Xorvatiya), Martin Odeqard ("Arsenal"/Norveç), Andre Onana ("Mançester Yunayted"/Kamerun), Viktor Osimhen ("Napoli"/Nigeriya), Rodri Hernandes ("Mançester Siti"/İspaniya), Kriştianu Ronaldu ("Əl-Nəsr"/Portuqaliya), Bukayo Saka ("Arsenal"/İngiltərə), Məhəmməd Salah ("Liverpul"/Misir) və Vinisius Juniordur ("Real"/Braziliya).