"2023-cü ilin əvvəli mənim üçün bərbad olsa da, sonluq əla alındı"

"2023-cü ilin əvvəli mənim üçün bərbad olsa da, sonluq əla alındı"

"2023-cü ilin əvvəli mənim üçün bərbad olsa da, sonluq əla alındı. Ümid edirdim ki, hər şey yaxşı olacaq. Bunun üçün bacardığımı etdim və istəyimə çatdım".

Mediasport.az xəbər verir ki, bu sözləri "Match" TV-yə açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

31 yaşlı rusiyalı qaolkiper geridə qalan ili dəyərləndirib: "İlin əvvəlində zədəli olduğum üçün özümə yüksək qiymət verə bilmərəm. Zədədən qayıdıb formamı bərpa etməyim 2023-cü ildə mənim üçün ən vacib məqamlardan biri idi. Çoxları bu zədənin pis nəticələrinin ola biləcəyini deyirdi, lakin xoşbəxtlikdən hər şey yaxşı bitdi".

Lunyov 2024-cü ildən gözləntilərini də paylaşıb: "Proqnoz vermək çətindir. Hədəfim bütün uğursuzluğu özümdən uzaqlaşdırmağa çalışmaq olacaq. Əsas odur ki, zədə olmasın. Bundan sonra uğur qazanmaq mümkündür".