Qazaxıstan Azərbaycana tarixi şansı verə biləcək? - AVRO-2024
AVRO-2024-ün seçmə qrup mərhələsində 10-cu turun oyunları bu gün davam etdiriləcək.
Mediasport.az xəbər verir ki, bu axşam daha 3 qrupda bütün suallara aydınlıq gətiriləcək.
Ukrayna – İtaliya, Çexiya – Moldova və Sloveniya – Qazaxıstan qarşılaşmaları ciddi əhəmiyyət kəsb edəcək. Bu görüşlərin nəticələri final mərhələsinə vəsiqə qazanacaq növbəti 3 komandanı müəyyənləşdirəcək.
Ukrayna, Moldova və Qazaxıstan milliləri qitə birinciliyinə yollanmaq üçün mütləq qələbə qazanmalıdır. Qazaxıstan yığmasının qələbəsi Azərbaycan üçün də AVRO-2024-ə yollanmaq baxımından tarixi əhəmiyyət daşıyacaq. Komandamızın UEFA Millətlər Liqası yolu ilə yarımfinal və final oynayaraq Almaniyadakı qitə çempionatına vəsiqə qazanmasının mümkünlüyü qazaxların səfərdə Sloveniya millisinə qalib gəlməsinə bağlıdır.
Millimiz bu imkanı qazansa, qitə birinciliyinə getmək üçün yarımfinalda Gürcüstan, finalda Yunanıstan-Lüksemburq cütünün qalibi ilə qarşılaşmaq fürsəti yaxalayacaq.
Qeyd edək ki, daha əvvəl Serbiya, Niderland, Rumıniya, İsveçrə, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.
AVRO-2024. Seçmə qrup mərhələsi. 10-cu tur
C qrupu
23:45. Şimali Makedoniya – İngiltərə
23:45. Ukrayna – İtaliya
Xal durumu: İngiltərə - 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta – 0.
E qrupu
23:45. Albaniya – Farer adaları
23:45. Çexiya – Moldova
Xal durumu: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1.
H qrupu
23:45. Şimali İrlandiya – Danimarka
23:45. San Marino – Finlandiya
23:45. Sloveniya – Qazaxıstan
Xal durumu: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino - 0.