"Turan Tovuz" son oyununda Tanzaniya klubuna qalib gəldi

"Turan Tovuz" son oyununda Tanzaniya klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışını başa vuran "Turan Tovuz" sonuncu yoxlama matçına çıxıb.

MediaSport.az xəbər verir ki, Qərb təmsilçisi Tanzaniyanın "Simba" klubu ilə qarşılaşıb.

Görüş tovuzluların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Roderik Miller vurub.