"Səbail"in yoxlama oyunlarının başlanma tarixləri dəqiqləşib

"Səbail"in yoxlama oyunlarının başlanma tarixləri dəqiqləşib

"Səbail" qış təlim-məşq toplanışı çərçivəsində "Universitatya Kluj" klubu ilə yoxlama matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində toplanışını davam etdirən "dənizçilər" Rumıniya təmsilçisi ilə yanvarın 12-də, saat 18:00-da qarşılaşacaq.

Xatırladaq ki, Bayıl təmsilçisi 2-ci yoxlama matçını yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.