Regekampf "Neftçi"dən ayrılır? "Styaua" təzminatı ödəməyə razıdır
Laurentsiu Regekampf məşqçilik fəaliyyətini ölkəsində davam etdirə bilər.
mediasport.az xəbər verir ki, "Neftçi" ilə qeyri-sabit çıxışlar göstərən rumıniyalı mütəxəssislə keçmiş klubu "Styaua"nın danışıqlar aparmağa hazırlaşdığı bildirilir.
Rumıniya mətbuatı Buxarest klubunun 47 yaşlı mütəxəssisin "ağ-qaralar"la müqaviləsində nəzərdə tutulan 350 min avro təzminat məsələsində qarşı tərəflə razılaşmağa hazır olduğunu yazır.
Regekampf mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi postuna təyin olunub. Klubla 2024-cü ilin yayınadək müqaviləsi var. O, 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"ya rəhbərlik edib, iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.