Superliqada milli futbolçuların dueli: Renat Şahruddinə qarşı
Bu gün Türkiyə Superliqasında 23-cü tura start veriləcək.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma keçiriləcək.
Azərbaycan milli komandasının futbolçuları - Şahruddin Məhəmmədəliyev və Renat Dadaşovun komandaları (müvafiq olaraq, "Adana Dəmirspor" və "Hatayspor") üz-üzə gələcəklər.
Adana klubu ölkə çempionatının turnir cədvəlində 31 xalla 7-ci, Hatay təmsilçisi 22 xalla 16-cı pillədədir.
Türkiyə Superliqası. 23-cü tur
17:00 "Alanyaspor" - "Pendikspor"
20:00 "Adana Dəmirspor" - "Hatayspor"