Hidayət Heydərov əzmkar qələbə ilə olimpiadanın yarımfinalında!
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan dünya reytinqinin lideri 1/4 finalda Artur Margelidonla (Kanada) görüşüb.
Dramatik mübarizə şəraitində keçən və 12 dəqiqəyə yaxın davam edən duelin sonlarında fənd tətbiq edən dünya və Avropa çempionumuz adını yarımfinala yazdırıb.
Hidayət yarımfinalda Akil Qyakova (Kosovo) ilə üz-üzə gələcək.
Qeyd edək ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) uğursuz çıxış edərək olimpiada ilə vidalaşıblar.