Paris-2024: İmaməddin Xəlilov Paralimpiya çempionu oldu!

Paris-2024: İmaməddin Xəlilov Paralimpiya çempionu oldu!

Fransanın paytaxtı Parisdə keçirilən 17-ci Yay Paralimpiya Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb.

Mediasport.az xəbər verir ki, parataekvondoçu İmaməddin Xəlilov (70 kq) finalda Fatih Çeliki (Türkiyə) 15:2 hesabı ilə üstələyib.

Buna qədər 19 yaşlı digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) bürünc medal qazanmışdı.

Xatırladaq ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.