İdmançımız DÇ-də 4-cü oldu
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.
mediasport.az xəbər verir ki, milli komandamızın üzvü Anna Skidan çəkic atma üzrə final mərhələsində qüvvəsini sınayıb.
Atletimiz 74.18 metr nəticə ilə tarixi uğura yaxın olsa da, yekunda 4-cü yeri tutub.
Xatırladaq ki, təsnifat mərhələsində 77.10 metr göstərici ilə yadda qalan Anna Skidan Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.