İlkin Fikrətoğludan yeni VİDEO: Elxan Məmmədovun Fatma "cijisi"

İlkin Fikrətoğludan yeni VİDEO: Elxan Məmmədovun Fatma "cijisi"

AFFA-nın Hesabat-Seçki Konfransının vaxtı yaxınlaşdıqca ortalıqdakı "lal sükut" tədricən aradan qalxır.

Rövnəq Abdullayev yenidən seçilmək istəyini ortaya qoyur, Elxan Məmmədov ilyarımdır "gizləndiyi kol dibindən" (oxu: FİFA) çıxaraq "mən də varam" deyir.

Onun Bakıya son səfəri əvvəlkilərdən fərqli və maraqlı idi. FİFA-nın ilk və hələ ki, yeganə xanım baş katibi Fatma Samuraya qoşulub Beynəlxalq Avtomobil Federasiyasının Bakıdakı tədbirinə gələn Elxan Məmmədovu bu toplantı qətiyyən maraqlandırmırdı...

Mediasport.az Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlunun növbəti süjetində Elxan Məmmədovun Parisdən qaçaraq Bakı səfərinin "pərdəarxası" ehtimal olunan detalları barədə videosunu təqdim edir: