"Qarabağ"ın prezidenti Tahir Gözel Qurban Qurbanovu təbrik edib
“Qarabağ”ın prezidenti Tahir Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu “Jan Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun rəhbəriprezidenti açıqlamasında 51 yaşlı mütəxəssisin layiq olduğu mükafatı aldığını deyib
"Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. "Qarabağ"ın baş məşqçisinin ədalət prinsipləri artıq bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.
Tahir Gözel “Qarabağ” və Qurban Qurbanovun mənəvi baxışlarının üst-üstə düşdüyünü vurğulayıb:
“Bu, eyni zamanda, “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.