"Qarabağ"ın "Bayer"ə məğlubiyyəti ölkə reytinqimizə təsir etməyib

"Qarabağ"ın "Bayer"ə məğlubiyyəti ölkə reytinqimizə təsir etməyib

Azərbaycanın UEFA reytinqində əmsalı və mövqeyi dəyişməyib.

Mediasport.az xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubuna 0:1 hesabı ilə məğlub olması reytinqdəki mövqeyimizə təsir etməyiob.

Ölkəmizin cari mövsümdə əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Rusiyadan cəmi 0,757 əmsal geri qalır.

Baş tutan qarşılaşmalar Slovakiya və Bolqarıstanın irəliləməsinə, Rusiyanın isə geriləməsinə səbəb olub.

Reytinqə 95,053 əmsalla İngiltərə başçılıq edir. İspaniya (82,114) ikinci, İtaliya (78.426) isə üçüncü pillədə qərarlaşıb.