İngiltərə klubu "Qarabağ"la oyun öncəsi ciddi itkilərlə üzləşdi

İngiltərə klubu "Qarabağ"la oyun öncəsi ciddi itkilərlə üzləşdi

UEFA Avropa Liqasının əsas mərhələsində ilk görüşünü "Qarabağ"a qarşı keçirəcək İngiltərənin "Tottenhem" klubu ciddi itkilərlə üzləşib.

Mediasport.az xəbər verir ki, London təmsilçisinin iki futbolçusu ölkə kubokunun 3-cü mərhələsinin "Koventri" ilə görüşündə sıradan çıxıb.

Əsas hücumçulardan Almaniya millisinin forvardı Timo Verner və vinger Vilson Odeber zədələndiyi üçün meydanı vaxtından əvvəl tərk ediblər.

Futbolçuların zədələrinin nə qədər ciddi olması bu gün müəyyənləşəcək.

Xatırladaq ki, "mahmızlar" Ağdam klubunu sentyabrın 26-da qəbul edəcəklər.