"İnter" 13 ildən sonra yenidən finala çıxdı - UEFA Çempionlar Liqası

"İnter" 13 ildən sonra yenidən finala çıxdı - UEFA Çempionlar Liqası

İyunun 10-da həlledici matçı İstanbulda keçiriləcək futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

mediasport.az xəbər verir ki, yarımfinalın hər iki Milan derbisində "Milan"a qalib gələn (2:0, 1:0) "İnter" 2010-cu ildən sonra ilk dəfə qitənin bir nömrəli klub turnirinin qızıl medallarını qazanmaq imkanı əldə etdi.

"Nerazzuri"nin rəqibi bu axşam keçiriləcək "Mançester Siti" - "Real" duelindən sonra məlum olacaq.


UEFA Çempionlar Liqası. 1/2 final. Cavab oyunu


"İnter" (İtaliya) – "Milan" (İtaliya) 1:0

Qol: Lautaro Martines, 74.

Baş hakim: Kleman Türpen (Fransa)

Milan, “Cüzeppe Meatsa” stadionu

İlk oyun – 2:0

İnter: Andre Onana, Denzel Dumfris, Matteo Darmian, Françesko Açerbi, Alessandro Bastoni, Federiko Dimarko, Nikolo Barella, Henrix Mxitaryan, Hakan Çalhanoğlu, Lautaro Martines (k), Edin Ceko.

Milan: Mayk Menyan, Davide Kalabriya (k), Malik Tiav, Fikayo Tomori, Teo Hernandes, Rade Kruniç, Sandro Tonali, Braim Dias, Junior Messias, Rafael Leao, Olivye Jiru.