APL-in 3 klubu cərimə edildi

APL-in 3 klubu cərimə edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 12-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan”ın 20 nömrəli futbolçusu Turan Vəlizadə 2-ci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimə dilib.

“Turan Tovuz” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” 800 manat cərimələnib.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.