Cavid Hüseynovun baş məşqçi olduğu komanda pley-offda!

Cavid Hüseynovun baş məşqçi olduğu komanda pley-offda!

Futbol üzrə Azərbaycan 2-ci Liqasında pley-offa vəsiqə qazanan komanda müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu, 26-cı turun "Cəbrayıl"la "Füzuli" arasında baş tutan mərkəzi matçında məlum olub.

Azərbaycan milli komandasının keçmiş futbolçusu Cavid Hüseynovun baş məşqçisi olduğu Cəbrayıl klubu "Füzuli"yə vurduğu son saniyə qolu ilə mövsümü ikinci pillədə başa vurub və 1-ci Liqaya yüksəlmək üçün pley-off matçında iştirak etmək hüququ qazanıb.

Tura və mövsümə sabah oynanılacaq iki görüşlə yekun vurulacaq və yarışda 13-cü yeri tutmaqla Region Liqasının 2-cisi ilə pley-off görüşlərində mübarizə aparacaq komandanın adına aydınlıq gətiriləcək.


Azərbaycan 2-ci Liqası. 26-cı tur


"Qusar" - "Lerik" 3:3

Qollar: Vüqar Əşrəfli, 34, 90+3, Kazbək Qafarov, 60 - Kamran Abdullazadə, 48, Rəvad Quluzadə, 57, Mirabbas Qədirli, 63.

"Dinamo" - "Şəki Siti" 5:1

Qollar: Əli Məmmədli, 53, Valeh Seyidov, 58, 78, Əkbər Səfərzadə, 65, 82.

Qırmızı vərəqə: Şahin Əliyev, 90 - Elnar Şabanov, 32, Sərcan Omarov, 90

"Kürmük Qax" - "Göygöl" 4:3

Qollar: Cavidan Ömərli, 13, Fuad Osmanlı, 16, Revazi Otaraşvili, 61, Vüqar Məmmədli, 66 - Elcan Rəhimov, 21, 42, Ülvi Cəlilov, 24.

"Şahdağ Qusar" - "Ağdaş" 5:0

Qollar: Rahid Əmirquliyev, 35, Famil Camalov, 53, 81, Tural Qurbatov, 58, 59.

"Cəbrayıl" - "Füzuli" 2:1

Qollar: Ruslan Voronsov, 74, 90+8 - Emin Quliyev, 36.


21 may


16:00 "Kür-Araz" - "Şəmkir"

Baş hakim: Nazim Abdullayev

Heydər Əliyev adına İmişli şəhər stadionu


16:00 "Şəfa" - "Baku Sportinq"

Baş hakim: Alik Yunusov

Binə qəsəbə stadionu



1 Baku Sportinq 25 19 4 2 65-24 61
2 Cəbrayıl 26 19 1 6 77-37 58
3 Şahdağ Qusar 26 17 6 3 82-22 57
4 Füzuli 26 16 8 2 63-32 56
5 Qusar 26 15 4 7 61-35 49
6 Kür-Araz 25 12 2 11 58-46 38
7 Sheki City 26 10 5 11 44-46 35
8 Göygöl 26 10 2 14 45-57 32
9 Dinamo 26 8 3 15 49-74 27
10 Ağdaş 26 6 6 14 30-51 24
11 Lerik 26 6 5 15 38-60 23
12 Şəmkir 25 6 1 18 32-62 19
13 Şəfa 25 5 3 17 29-78 18
14 Kürmük Qax 26 5 2 19 31-80 17