İraqla Yaponiya pley-offa çıxıb, qrup mərhələsi bu gün başa çatır

İraqla Yaponiya pley-offa çıxıb, qrup mərhələsi bu gün başa çatır

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən qarşılaşmalarda Yaponiya İndoneziyanı (3:1), İraq Vyetnamı (3:2) məğlub edib.

Bununla da İraq və Yaponiya növbəti mərhələyə vəsiqə qazanıb, İndoneziya və Vyetnam turnirlə vidalaşıb.

Bu gün E və F qruplarında da 3-cü tura yekun vurulacaq.

Asiya Kuboku

E qrupu

15:30 Cənubi Koreya - Malaziya

15:30 İordaniya - Bəhreyn

Xal durumu: İordaniya - 4, Cənubi Koreya - 4, Bəhreyn - 3, Malaziya - 0

F qrupu

19:00 Qırğızıstan - Oman

19:00 Səudiyyə Ərəbistanı - Tailand

Xal durumu: Səudiyyə Ərəbistanı - 6, Tailand - 4, Oman - 1, Qırğızıstan - 0