İspaniya Superkuboku: "Real" finalda "Barselona" ilə qarşılaşacaq

İspaniya Superkuboku: "Real" finalda "Barselona" ilə qarşılaşacaq

İspaniya Superkubokunda ikinci finalçının adı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Riyad şəhərində yerləşən "Əl-Əvvəl" stadionunda baş tutan qarşılaşmada "Barselona" "Osasuna"ya qalib gəlib.

Yarımfinal mərhələsinin ilk matçında dünən Karlo Ançelottinin rəhbərlik etdiyi "Real" "Atletiko"dan üstün olmşuşdu - 5:3.

Turnirin finalı yanvarın 14-də, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.


İspaniya Superkuboku. Yarımfinal


"Barselona" - "Osasuna" 2:0

Səudiyyə Ərəbistanı, "Əl-Əvvəl" stadionu