Avropaya səs salan "Bayer" "nağılı": Daha beş görüşdə uduzmasalar...

  Avropaya səs salan "Bayer" "nağılı": Daha beş görüşdə uduzmasalar...

21-ci əsrdə Avropanın TOP-10 liqasında bütün turnirlər daxil olmaqla uzunmüddətli məğlubiyyətsizlik seriyasına malik komandaların reytinqi yenilənə bilər.

Mediasport.az xəbər verir ki, Almaniya Bundesliqasında çempionluğa doğru irəliləyən "Bayer" (Leverkuzen) daha 5 matçda məğlub olmasa, zirvəni ələ keçirəcək. Onlar indiyə qədər 39 matçda uduzmayıblar.

Bu göstəricidə lider "Yuventus"dur (2011/12 mövsümü, 43 oyun). Növbəti pillələrdə müvafiq olaraq, "Seltik" (2016/17 mövsümü, 42 oyun), "İnter" (2004/05 mövsümü, 40 oyun), "Real" (2016/17 mövsümü, 40 oyun), "İnter" (2006/07 mövsümü, 39 oyun), PSV (2009/10 mövsümü, 39 oyun), "Barselona" (2015/16 mövsümü, 39 oyun) qərarlaşıb.