UEFA bu komandanı Konfrans Liqasında iştirakdan kənarlaşdırdı
UEFA-nın İntizam Komitəsi "Osasuna"ya ciddi cəza verərək Pamplona təmsilçisini avrokuboklardan kənarlaşdırıb.
MediaSport.az xəbər verir ki, ali futbol qurumu İspaniya klubunun 2014-cü ildə danışılmış oyunlarda iştirakını təsdiqləyib.
Avropa Konfrans Liqasında iştirak etməli olan "Osasuna"nı Bilbao "Atletik"i vəz edəcək.
Qərarla razılaşmayan "Osasuna" rəhbərliyi apellyasiya şikayət verəcəyini açıqlayıb.