"Qarabağ"la qarşılaşma öncəsi Türkiyə klubuna transfer olundu
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində 2 gün sonra Bakıda "Qarabağ"ın qonağı olacaq "Olimpiya" Azərbaycan səfəri öncəsi bir futbolçusu ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, Sloveniya çempionu yarımmüdafiəçi Svit Seşlarla yollarını ayırıb.
21 yaşlı futbolçu Türkiyənin 1-ci Liqasında mübarizə aparan “Eyüpspor”da çıxış edəcək.
Bildirək ki, Seşlar Ağdam klubuna 0:2 hesabı ilə uduzduqları ilk matçda 72 dəqiqə iş başında olub.