"Sumqayıt" Burundi yığmasının yarımmüdafiəçisini icarəyə götürdü
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
mediasport.az xəbər verir ki, komanda müqavilə ilə Belçikanın “Vesterlo” klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini 1 illik icarəyə götürüb.
Qeyd edək ki, Burundi təmsilçisi “Aigle Noir” komandasının yetirməsi olan Tresor Mossi karyerası ərzində Lüksemburqun “Kerjenq” və Belçikanın “Vesterlo” klublarında çıxış edib. 22 yaşlı yarımmüdafiəçi Burundi yığmasına da dəvət alıb.