"Qarabağ"ın rəqibi Niderland klubunun qapısından 4 top keçirdi

"Qarabağ"ın rəqibi Niderland klubunun qapısından 4 top keçirdi

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Gent" İspaniyada yoldaşlıq matçında qüvvəsini sınayıb.

mediasport.az xəbər verir ki, Heyn Vanhazebrukun baş məşqçisi olduğu komanda "Heerenveen"lə qarşılaşıb.

Belçika klubu niderlandlılardan üstün olub - 4:1.

"Qarabağ" - "Gent" görüşləri fevralın 16-da Bakıda, 23-də Belçikada oynanılacaq.