Bakıya məğlub gəlirlər
Sloveniya Yüksək Liqasında 5-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" doğma meydanda lider "Çelye" ilə qarşılaşıb.
Görüş Lyublyana təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:4.
5 turdan sonra 9 xal toplayan "Olimpiya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Sloveniyada keçirilən matçda "Olimpiya"nı 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü avuqstun 31-də Bakıda baş tutacaq.