Azərbaycan 1-ci Liqasının son iştirakçısı bu tarixdə bilinəcək

Azərbaycan 1-ci Liqasının son iştirakçısı bu tarixdə bilinəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında pley-off mərhələsinin cavab oyununun vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Araz Saatlı" və "Cəbrayıl" kollektivləri arasında görüş iyunun 15-də baş tutacaq.

Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:30-da başlanacaq.

Xatırladaq ki, dünən Bakıda oynanılmış ilk qarşılaşmada "Cəbrayıl 2:0 hesablı qələbə qazanıb.