"Kəpəz" və "Gəncə" "Xəmsə"nin 15 illiyini qeyd edib - FOTOLAR

"Kəpəz" və "Gəncə" "Xəmsə"nin 15 illiyini qeyd edib - FOTOLAR

Gəncənin məşhur azarkeş qrupu “Xəmsə” fanklubunun yaradılmasının 15 illiyinə həsr olunan tədbirlər keçirilib.

Mediasport.az xəbər verir ki, bu münasibətlə "Kəpəz" futbol klubunun rəhbərliyi və futbolçular, həmçinin, "Gəncə" basketbol klubunun baş məşqçisi və rəsmisi fanklubun üzvlərilə görüşüb.

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, İdarə Heyətinin üzvü, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, futbolçular - Vurğun Hüseynov, Yeqor Xvalko, Əli Səmədov, Tural Rzayev, Amil Yunanov, Junior Martins və Olavale Onanuqa, "Gəncə" basketbol klubundan isə baş məşqçi Bedri Meriç və menecer Azər Axundov azarkeş birliyini təbrik edib.

Qeyd edilib ki, bu illər ərzində fanklub “Kəpəz”ə, həmçinin, yeni yaradılmış "Gəncə" basketbol klubuna daim dəstək verib, komandaları ev və səfər oyunlarında dəstəkləyiblər.