"Kəpəz"dən ilk transfer - RƏSMİ
“Kəpəz” yay fasiləsində ilk transferini reallaşdırıb.
Klubun mətbuat xidmətindən “Mediasport”a verilən məlumata görə, Gəncə təmsilçisi Vurğun Hüseynovu heyətinə cəlb edib.
Mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la yollarını ayıran 35 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib. Hüseynov ötən mövsüm Premyer Liqada 25 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, Vurğun Hüseynov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, 2013-2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.