"Qəbələ"dən ayrılan futbolçu İsrail klubuna keçdi - RƏSMİ
"Qəbələ"dən ayrılan Felipe Santosun yeni klubu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, 26 yaşlı vinger karyerasını İsraildə davam etdirəcək.
Braziliyalı ön xətt oyunçusu "Hapoel"lə münasibətləri rəsmiləşdirib. Bu barədə Hayfa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Santos yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2022/2023 mövsümünü "Qəbələ"nin heyətində keçirən "sambaçı" Azərbaycan Premyer Liqasında meydana çıxdığı 35 matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.