"Kəpəz"dən yeni transfer - RƏSMİ

"Kəpəz"dən yeni transfer -  RƏSMİ

"Kəpəz" heyətinə yeni futbolçu qatıb.

Mediasport.az xəbər verir ki, Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq.

Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artıra bilər. 

23 yaşlı yarımmüdafiəçinin son klubu 1-ci Liqada "İrəvan" olub.