Millimiz Kiprə qarşı
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
MediaSport.az xəbər verir ki, yığmamız Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçiriləcək oyunda Kipr yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:30-da başlayacaq qarşılaşmanın hakimlərini diqqətinizə çatdırırıq:
17:30 Azərbaycan (U-19) – Kipr (U-19)
Baş hakim: Marisca Overtoom (Niderland)
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), İvona Pejic (Xorvatiya)
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)