Kerjakov Azərbaycana gəlir?

Kerjakov Azərbaycana gəlir?

Son klubu vətənində "Nijni Novqorod" olmuş Rusiya yığmasının keçmiş hücumçusu Aleksandr Kerjakov "Səbail"in baş məşqçisi ola bilər.

mediasport.az xəbər verir ki, bu barədə yerli mətbuata danışan 40 yaşlı mütəxəssis hələlik şərh verməkdən çəkinib.

Yalnız "Belə bir şey olsa, siz dərhal xəbər tutacaqsız" ifadəsini işlədən Kerjakovun Bayıl klubunda çalışıb-çalışmayacağına yaxın günlərdə aydınlıq gələcək.