Medinanın karyerasını harada davam etdirəcəyi dəqiqləşdi - SON QƏRAR
Bir müddətdir "Qarabağ"dan ayrılacağı gözlənilən Kevin Medinanın Türkiyəyə transferi məsələsinə son qoyulub.
MediaSport.az xəbər verir ki, futbolçunun yenidən Superliqada çıxış edəcək "Çaykur Rizəspor" klubuna keçidi baş tutmayacaq.
Kolumbiyalı danışıqlar prosesini uzatdığı üçün Rizə təmsilçisi əməkdaşlıqdan imtina edib.
Müdafiəçinin Ağdam klubu ilə müqaviləsi gələn ilin yayına qədər qüvvədədir.