Paytaxt klubu tarixinin ən uğurlu baş məşqçisini istefaya göndərib

Paytaxt klubu tarixinin ən uğurlu baş məşqçisini istefaya göndərib

2018-ci ildən Almaniyanın "Yunion" klubuna baş məşqçilik edən Urs Fişer istefaya göndərilib.

Mediasport.az xəbər verir ki, Berlin təmsilçisi klub tarixinin ən uğurlu məşqçisi ilə əməkdaşlığı qarşılıqlı razılıq əsasında dayandırıb.

57 yaşlı mütəxəssis ilk mövsümdə komandanı Bundesliqaya yüksəltmişdi.

"Yunion" Fişerin rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində iştirak edib.

Komanda Bundesliqada 11 turdan sonta 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.