Klublarımızın potensial rəqibləri yenidən artdı - UEFA Konfrans Liqası

Klublarımızın potensial rəqibləri yenidən artdı - UEFA Konfrans Liqası

2023/2024-cü illər mövsümündə Azərbaycanı futbol üzrə UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, "Neftçi" və “Qəbələ”nin potensial rəqibləri artıb.

mediasport.az xəbər verir ki, “Neftçi”yə daha 3 rəqib çıxıb, digər 2 təmsilçimizə isə 1.

Səpələnmişlərdə yer alacaq “Neftçi” II təsnifat mərhələsində Moldova “Petrokub”u, Ukrayna “Vorskla”sı və Danimarka “Orhus”u ilə də qarşılaşa bilər. “Sabah” və “Qəbələ”nin potensial rəqibləri sırasına isə Şotlandiya “Hibernian”ı qoşulub.

II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq. Komandalarımız oyunlarını iyulun 27-də və avqustun 3-də keçirəcəklər.


UEFA Konfrans Liqası. II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər: “Petrokub” (Moldova), “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus).