"Fənərbağça" - "Neftçi" görüşünə qədər turnirin qalibi məlum oldu
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "PAR Match Kubok" turnirinin qalibi müəyyənləşib.
MediaSport.az xəbər verir ki, qalib "Fənərbağça" - "Srvena Zvezda" görüşündən sonra məlum olub.
Serbiya klubu yarışda keçirdiyi 3-cü görüşü də qalib başa vurub - 3:1. Beləliklə, "Srvena Zvezda" "Match TV" kubokunu qazanıb.
Komanda "Neftçi"dən 4:0, "Zenit"dən isə 2:1 hesabı ilə üstün olmuşdu. "Fənərbağça" turnirdə sonuncu oyununu iyulun 15-də "Neftçi"yə qarşı keçirəcək.