Azərbaycan 18 ildən sonra avrokuboklarda çıxış edəcək

Azərbaycan 18 ildən sonra avrokuboklarda çıxış edəcək

Azərbaycan Basketbol Liqasında 2022/2023-cü illər mövsümünün çempionu "Sabah" BK FİBA Avropa Kubokunda (FIBA EUROPA CUP) çıxış edəcək.

MediaSport.az xəbər verir ki, yarışın püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan sonuncu dəfə avrokuboklarda 2005/2006-cı illər mövsümündə "Qala" komandası ilə təmsil olunub.