"Neftçi" İsraildə yarımfinala çıxdı

"Neftçi" İsraildə yarımfinala çıxdı

"Neftçi" 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının İsraildə keçirilən Netanya mərhələsində yarımfinala çıxıb.

MediaSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı sonuncu oyununda Litva millisinə 20:14 hesabı ilə qalib gəlib.

Komandamız qrupu lider başa vurub. "Neftçi" yarımfinal qarşılaşmasını bu gün Bakı vaxtı ilə saat 23:15-də keçirəcək.