Kubokun yarımfinalında son 10 mövsümün rekordu qeydə alındı
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib.
mediasport.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 azarkeş olub.
“Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.
Yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya - “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib.
2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.
Koronavirus pandemiyası üzündən 2019/20 mövsümündə yarımfinal baş tutmayıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib.
Son 15 mövsümün yarımfinalında tamaşaçı sayı:
2008/09 - 4500
2009/10 - 15400
2010/11 - 21400
2011/12 - 6000
2012/13 - 16420
2013/14 - 9000
2014/15 - 7400
2015/16 - 12316
2016/17 - 9600
2017/18 - 10900
2018/19 - 5900
2019/20 - -
2020/21 - -
2021/22 - 4700
2022/23 - 12600