Azərbaycan Kubokunun 1/4 final cütlükləri məlumdur

Azərbaycan Kubokunun 1/4 final cütlükləri məlumdur

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi sona çatıb və növbəti mərhələnin bütün cütləri bəlli olub.

Mediasport.az xəbər verir ki, 1/4 finalda 8 Premyer Liqa təmsilçisi mübarizə aparacaq.

Xatırladaq ki, ilk oyunlar yanvarın 30-31-də, cavab qarşılaşmaları isə fevralın 6-7-də baş tutacaq.

Azərbaycan Kuboku. 1/4 final mərhələsi

"Səbail" - "Zirə"

"Araz-Naxçıvan" - "Qəbələ"

"Sumqayıt" - "Neftçi"

"Sabah" - "Qarabağ"