Marketdə kürəyindən bıçaqlanan müdafiəçi 2 ay futbol oynamayacaq
Həkimlər 2 gün əvvəl marketdə bıçaqlı hücuma məruz qalan "Monza"nın müdafiəçisi Pablo Mari Vilyarın sağlamlığı barədə açıqlama veriblər.
mediasport.az xəbər verir ki, tibbi briqada əməliyyat edilən futbolçunun 2 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
29 yaşlı ispan bir neçə gün həkimlərin nəzarəti altında olacaq. Psixi çatışmazlığı olan şəxs tərəfindən kürəyindən bıçaqlanan Vilyarın həyati təhlükəsi yoxdur.